29 oktyabr 2024. Çərşənbə axşamı

Mançester Siti Haland'ı rəsmən açıqladı


  • Transfer
  • 20:28 10.05.2022
  • Oxunma sayı: 114
Mançester Siti Haland'ı rəsmən açıqladı
İngiltərənin “Mançester Siti” klubu Almaniyanın “Borussiya” (Dortmund) komandasının hücumçusu Erlinq Halandı heyətinə qatıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Norveçli hücumçu bu il iyulun 1-dən yeni komandasına qoşulacaq. Klub keçidin digər detallarını və müqavilə müddətini açıqlamayıb.
 
Britaniya mətbuatının yazdığına görə, "Mançester Siti" 21 yaşlı futbolçu üçün “Borussiya”ya 60 milyon avro ödəyəcək. Futbolçunun müqaviləsində sərbəstqalma maddəsində məhz bu məbləğ idi. Norveçli futbolçunun özünün isə həftəsinə 375 000 funt-sterlinq qazanacağı bildirilir. Haland ilə 5 illik müqavilə imzalanıb.
 
Erlinq Haland 2020-ci ilin əvvəlindən Dortmund təmsilçisində çıxış edir. Gənc forvard "Borussiya"da 88 oyuna 85 qol vurub.






Transfer