7 aprel 2026. Çərşənbə axşamı

Almaniya klubu Nazarovla danışıqlara başladı


  • Transfer
  • 10:13 12.05.2022
  • Oxunma sayı: 129
Almaniya klubu Nazarovla danışıqlara başladı

Almaniyanın "Ersgebirge" klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla danışıqlara başlayıb.

Corner.az "Tag24" nəşrinə istinadən xəbər verir ki, Aue təmsilçisi 32 yaşlı hücumçunu komandada saxlamaq niyyətindədir.

Klub prezidenti Helge Leonhardt müqaviləsi başa çatan 12 oyunçudan 7-nin komandada qala biləcəyini bildirib. Rəhbərlik heyətdəki bir neçə təcrübəli futbolçunu saxlamaq istəsə də hələlik onların heç biri ilə razılıq əldə olunmayıb.

Qeyd edək ki, 23 xalla 17-ci pillədə qərarlaşan "Ertsgebirge"nin aşağı liqaya düşəcəyi dəqiqləşib. Dmitri Nazarovun 2023-cü ilin yayınadək müqaviləsi olsa da, komanda II Bundesliqanı tərk etdiyi üçün sözləşmədəki bənd onun azad agent statusu almasına yardımçı olacaq.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi