29 oktyabr 2024. Çərşənbə axşamı

Barselona Koutinyo'nu birdəfəlik satdı


  • Transfer
  • 23:11 12.05.2022
  • Oxunma sayı: 99
Barselona Koutinyo'nu birdəfəlik satdı
İngiltərənin “Aston Villa” klubu İspaniya “Barselona”sının futbolçusu Filippe Koutinyonu birdəfəlik transfer edib. Corner.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
30 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. İngiltərə klubu braziliyalı futbolçuya görə qarşı tərəfə 20 milyon avro ödəyib.
 
Xatırladaq ki, "sambaçı" cari mövsümün ikinci yarısından icarə əsasında Birmingem klubunda çıxış edirdi. O, "Aston Villa"da keçirdiyi 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.






Transfer