7 aprel 2026. Çərşənbə axşamı

PSJ portuqaliyalı baş məşqçi ilə danışıqlar aparır


  • Transfer
  • 17:55 14.05.2022
  • Oxunma sayı: 131
PSJ portuqaliyalı baş məşqçi ilə danışıqlar aparır

Portuqaliyanın "Portu" klubuna rəhbərlik edən Serjiu Konseysau karyerasını Fransada davam etdirə bilər.

Corner.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, PSJ klubunun "sükanı" 47 yaşlı mütəxəssisə həvalə oluna bilər. Paris təmsilçisinin idman direktoru Leonardo artıq portuqaliyalı çalışdırıcı ilə görüşüb.

Klub rəsmisi Konseysauya onunla işləmək istədiklərini bildirib.

Konseysaunun "Portu" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. O, 10 milyon avro məbləğində təzminat ödədiyi təqdirdə, müqaviləsini pozmaq hüququna sahibdir. PSJ-nin hazırkı baş məşqçisi argentinalı Maurisio Poçettinodur.

Qeyd edək ki, Serjiu Konseysau 2017-ci ildən "Portu"da işləyir. Komanda onun rəhbərliyi altında 2017/2018, 2019/2020 və 2021/2022 mövsümündə Portuqaliya liqasının qalibi olub.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi