4 iyul 2026. Şənbə

Roma'nın futbolçusu Premyer Liqa nəhənginin hədəfində


  • Transfer
  • 21:03 14.05.2022
  • Oxunma sayı: 124
Roma'nın futbolçusu Premyer Liqa nəhənginin hədəfində

“Roma”nın futbolçusu Nikolo Zaniolonu karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  "Liverpul" klubu 22 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Mersisayd təmsilçisinin artıq futbolçu üçün ilkin danışıqlara başladığı vurğulanıb.

 “Roma”nın Zaniolo üçün 65-70 milyon avro tələb etdiyi bildirilir.

İngiltərənin "Mançester Yunayted" , "Tottenhem" və İtaliyanın "Yuventus" klubu gənc futbolçunu heyətlərinə qatmaq niyyətindədirler.

Zaniolo 2018-ci ildən “Roma”da çıxış edir. O, bu mövsüm İtaliya A Seriyasında 28 oyuna çıxıb , 4 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır