- Transfer
- 23:59 29.11.2024
Türkiyənin "Qalatasaray" klubu 6 futbolçusu ilə yollarını ayıracaq.
Corner.az "Fotomac"a istinadən xəbər verir ki, müqavilələri başa çatan Rayan Babel və Sofyan Fequli yeni müqavilə imzalanmayacaq.
İcarə əsasında İstanbul təmsilçisində çıxış edən Halil Dervişoğlu, Erik Pulqar və İnyaki Penya da komandalarına qayıdacaq. Karyerasını başa vurmağa hazırlaşan Arda Turan da bu gün "Adana Demirspor"a qarşı 37-ci tur matçında sonuncu dəfə "NEF Stadionu"nda meydana çıxacaq.
"Qalatasaray"ın mövsümün sonunda baş məşqçi Domenek Torrenlə də yollarını ayıracağı iddia olunur.
Qeyd edək ki, "Qalatasaray" - "Adana Demirspor" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.