7 aprel 2026. Çərşənbə axşamı

Bursaspor Namik Ələskərovla yollarını ayıracaq


  • Transfer
  • 16:14 16.05.2022
  • Oxunma sayı: 136
Bursaspor Namik Ələskərovla yollarını ayıracaq

Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla müqaviləyə xitam verəcək.

Corner.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Ömər Furkan Banaz mətbuat konfransında açıqlama verib.

Funksioner komandadakı legionerlə ən sərfəli şəkildə vidalaşacaqlarını bildirib: "Sözləşməsi davam edən 7 əcnəbi futbolumuz var. Burada əsas məqam klubun mənafeyidir. Onsuz da legionerlər II liqada oynaya bilməzlər. Hamısına xitamla bağlı sənəd veriləcək".

Qeyd edək ki, Namik Ələskərov cari mövsümün əvvəlində "Bursaspor"la 2+1 illik müqavilə imzalamışdı.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi