- Transfer
- 23:59 29.11.2024
"Çelsi”nin baş məşqçisi Tomas Tuçel müdafiəçi Andreas Kristensenin mövsümün sonunda klubu tərk edəcəyini təsdiqləyib.
Corner.az xəbər verir ki, almaniyalı mütəxəssis “Daily Mail”-ə açıqlamasında “ Yeni mövsümdə Rüdigeri və Kristensenin olmayacağını” deyib.
Kristensen 2012-ci ilin iyulunda “Çelsi”yə keçib. O, bu mövsüm londonluların heyətində 34 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
26 yaşlı futbolçunun azad agent kimi “Barselona”ya keçməyə yaxın olduğu bildirilir. Onun “Çelsi” ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir.Rüdigerin isə İspaniyanın digər nəhəng klubu "Real"a keçəcəyi gözlənilir.