“Bavariya”nın prezidenti Herbert Hayner hücumçu Robert Levandovskinin gələcəyi ilə bağlı sualları cavablandırıb. Corner.az xəbər verir ki, 67 yaşlı funksioner, polşalı futbolçunun klubla müqaviləsi olduğunu və buna əməl ediləcəyini söyləyib.
“Mən bunu son bir neçə gün ərzində daim təkrar edirəm: Levandovskinin klubumuzla 2023-cü ilə qədər müqaviləsi var və o, bunu yerinə yetirəcək” – deyə, funksioner əlavə edib.
Xatırladaq ki, Levandovski 2014-cü ildə Dortmund “Borussiya”sından “Bavariya”ya keçmişdi. Polşalı hücumçu bu mövsüm Bundesliqada 34 oyuna 35 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Barselona”ya keçəcəyi bildirilirdi.