Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, sözügedən komandanı “Sumqayıt”ın sabiq çalışdırıcısı Ayxan Abbasov çalışdıracaq.
40 yaşlı mütəxəssis Tovuz klubu ilə bütün məsələlərdə razılığa gəlib. Onun köməkçilərindən biri əvvəllər də birdə çalışdığı Elnur Çodarov olacaq.
Abbasov “Turan Tovuz”un baş məşqçi postunda Əfqan Talıbovu əvəz edəcək.
Xatırladaq ki, Ayxan Abbasovun son klubu "Sumqayıt" olub. O, daha əvvəl "Zirə"yə rəhbərlik edib.(matc.az)