“İnter” rəhbərliyi baş məşqçi Simone İnzaqinin işindən razıdır. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi yeni müqavilə üçün 46 yaşlı çalışdırıcı ilə danışıqlar aparır.
“İnter” İnzaqi ilə 2024-cü ilin yayına qədər nəzərdə tutulmuş, daha bir mövsüm uzatma ehtimalı ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Milan klubu eyni zamanda baş məşqçinin maaşını 4,2 milyon avrodan 5,3 milyona yüksəltməyə hazırdır.
“İnter” A Seriyasının turnir cədvəlində lider “Milan”dan 2 xal geri qalaraq 2-ci yerdədir.