Xorvatiyalı müdafiəçi Domaqoy Vida 4.5 mövsümdür formasını geyindiyi "Beşiktaş" klubundan ayrılır. Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Super Liqada 2021/22 mövsümü yekunlaşdıqdan sonra İstanbul təmsilçisindən ayrılacaq.
Təcrübəli futbolçu, artıq klubdakı bütün dostlarına növbəti mövsümdə “Beşiktaş”da olmayacağını bildirib. Vidanın hətta klubdakı bütün işçilərə xatirə hədiyyəsi verdiyi də vurğulanıb. O, klub əməkdaşlarına imzalı formasını və bahalı telefon hədiyyə edib. Hədiyyələrin ümumi məbləğinin 336 min TL təşkil etdiyi iddia olunur.
Xatırladaq ki, Vida 2018-ci ildə Kiyev “Dinamo”sundan “Beşiktaş”a transfer olunmuşdu.