- Transfer
- 23:59 29.11.2024
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u iki legioneri ilə vidalaşıb.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Luka Tsapan və almaniyalı hücumçu Rici Ofosu klubla müqavilələrini birtərəfli şəkildə ləğv ediblər. Türkiyə Futbol Federasiyasının rəsmi saytı da bu məlumatı təsdiqləyib.
Bursa təmsilçisinin rəhbərliyi Ələskərovla yanaşı, digər əcnəbi futbolçularla isə danışıqları davam etdirir. Həmin oyunçuların da sözləşməsinə ən qısa zamanda xitam veriləcəyi gözlənilir.
Qeyd edək ki, Namik Ələskərovun "Bursaspor"la 2023-cü ilin yayınadək müqaviləsi var.