- Transfer
- 23:59 29.11.2024
Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku Türkiyənin "Fənərbaxça" klubundan təklif alıb.
Corner.az xəbər verir ki, 76 yaşlı mütəxəssis bu barədə "Gazeta Sporturilor" nəşrinə açıqlamasında bildirib.
Luçesku İstanbul təmsilçisindən çox ciddi təklif aldığını vurğulayıb: "Dinamo" ilə 2024-cü ilədək müqaviləm var. Onları bu xaosun içində buraxıb getməuim doğru addım olmaz. "Fənərbaxça" da daxil olmaqla çox ciddi təkliflər almışam, ancaq burada qalmağa qərar verdim. Çünki hər hansı təklifə görə "Dinamo"dan getməyim qorxaqlıq olardı".
Qeyd edək ki, Mirça Luçesku 2001/2022 mövsümündə "Qalatasaray"la, 2002/2003 mövsümündə "Beşiktaş"la Türkiyə Super Liqasının qalibi olub. Mövsümün sonunda portuqaliyalı Jorji Jezuşun "Fənarbağça"da baş məşqçi təyin olunacağı gözlənilir.