20 dekabr 2025. Şənbə

Lukas Podolski'dən yeni müqavilə


  • Transfer
  • 21:48 19.05.2022
  • Oxunma sayı: 136
Lukas Podolski'dən yeni müqavilə
Polşanın “Qurnik” klubu almaniyalı futbolçusu Lukas Podolski ilə yeni müqavilə imzalayıb. Corner.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
36 yaşlı futbolçunun sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.
 
Podolski 2021-ci ilin yayından “Qurnik”də top qovur. O, daha öncə “Köln”, “Bavariya”, “Arsenal”, “İnter”, “Qalatasaray”, “Vissel Kobe və “Antalyaspor” kimi klubların uğurları üçün çalışıb.






Transfer