7 aprel 2026. Çərşənbə axşamı

Azərbaycan millisinin futzalçısı Rusiya klubundan ayrılır


  • Transfer
  • 12:31 20.05.2022
  • Oxunma sayı: 112
Azərbaycan millisinin futzalçısı Rusiya klubundan ayrılır

Azərbaycan millisinin və Rusiyanın "Tümen" komandasının braziliyalı futzalçısı Rafael Vilela karyerasını Qazaxıstanda davam etdirəcək.

Corner.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Aleksandr Popov "asnta.ru" saytına açıqlama verib.

Funksioner, 28 yaşlı oyunçunun növbəti mövsümü icarə əsasında "Kayrat"da keçirəcəyini bildirib: "Siyasi vəziyyət düzəlsə, onu geri qaytaracağıq".

Qeyd edək ki, FIFA və UEFA daha əvvəl Rusiya yığmaları və komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. "Tümen" komandası isə UEFA Çempionlar Liqasının “dördlər finalı”ndan məhrum olub.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi