- Transfer
- 23:59 06.04.2026
2022/23 mövsümü üçün transfer çalışmalarına start verən "Sumqayıt" klubu kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Vurğun Hüseynov "Sumqayıt"ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda Sumqayıt şəhərinin eyniadlı təmsilçisində debüt edən təcrübəli müdafiəçi ümumilikdə 188 qarşılaşmada meydana çıxıb. O, 2 qol vurmağa da müvəffəq olub.