7 aprel 2026. Çərşənbə axşamı

Fransa klubu türk futbolçu ilə vidalaşdı


  • Transfer
  • 23:47 20.05.2022
  • Oxunma sayı: 128
Fransa klubu türk futbolçu ilə vidalaşdı
Fransanın “Lill” klubu türkiyəli hücumçusu Burak Yılmazla yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Fransa klubu 36 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib.
 
Türkiyə millisinin sabiq üzvü 2020-ci ilin yayından “Lill”də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 72 matçda 25 qol vurub, 10 ötürmə ilə yadda qalıb. Yılmaz bir dəfə Fransa çempionu, bir dəfə də Fransa kubokunun qalibi olub.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi