29 oktyabr 2024. Çərşənbə axşamı

Pyaniç Beşiktaş'dan ayrıldı


  • Transfer
  • 11:37 21.05.2022
  • Oxunma sayı: 108
Pyaniç Beşiktaş'dan ayrıldı
“Beşiktaş”ın yarımmüdafiəçisi Miralem Pyaniç Türkiyə klubundan ayrılıb. Corner.az xəbər verir ki, bu barədə 32 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
 
Bosniya və Herseqovinalı futbolçu paylaşımında bunları qeyd edib:  "Beşiktaş... Artıq ayrılmaq vaxtıdır, hətta çox tez gəldi. Sizdən ayrıldığım üçün çox üzgünəm. Mən burada möhtəşəm insanlarla, möhtəşəm klubla tanış oldum. Amma xüsusilə tanıdığım ən möhtəşəm fanatları gördüm və atmosferi yaşadım. Stadionumuzda oynamaq böyük şərəf oldu.

Bu mövsüm üçün sizlərə təşəkkür edirəm.

Çətin mövsüm oldu, daha çox kubok qazanmaq istərdim. Təəssüf ki, hamımız üçün çox çətin bir mövsüm oldu. Amma ən azından klubumuza Superkubok qazandırmağı bacardıq.

Mən hər zaman “Beşiktaş”ın azarkeşi olaraq qalacağam. Mən, oğlum və bütün ailəm...

İnanıram ki, yollarımız gələcəkdə yenidən kəsişəcək. Sonsuza qəlbimin ən dərin yerində əbədi olaraq qalacaqsınız. Hamınızı sevirəm.

Həmişə "Qara Qartal"
 
Xatırladaq ki, Pyaniç 2021-ci ilin sentyabrından “Beşiktaş”da çıxış edirdi. Müqavilə ilə “Barselona”ya məxsus olan 32 yaşlı yarımmüdafiəçi, məhz İspaniya klubuna dönəcək.






Transfer