7 aprel 2026. Çərşənbə axşamı

Azərbaycanlı futbolçu Türkiyə klubundan ayrıldı


  • Transfer
  • 16:48 21.05.2022
  • Oxunma sayı: 133
Azərbaycanlı futbolçu Türkiyə klubundan ayrıldı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin "Keçiörengücü" klubu ilə yollarını rəsmən ayırıb.

Corner.az xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

Oyunçu müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib. İsgəndərli Ankara təmsilçisinin ona borcunun qalmadığını və məvacibinin hamısının ödənildiyini vurğulayıb.

Yarımmüdafiəçi Türkiyə və Azərbaycan klublarından təklif aldığını və yaxın günlərdə karyerası ilə bağlı qərar verəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Vüsal İsgəndərli 2021-ci ilin yayında "Keçiörengücü" ilə 3 illik sözləşmə imzalamışdı.(report)







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi