4 iyul 2026. Şənbə

Türk əsilli futbolçu İspaniya nəhənglərinin hədəfində


  • Transfer
  • 16:52 21.05.2022
  • Oxunma sayı: 210
Türk əsilli futbolçu İspaniya nəhənglərinin hədəfində

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu İlkay Gündoğan karyerasını İspaniyada davam etdirə bilər.

Corner.az "Marca" nəşrinə istinadən xəbər verir ki,  "Barselona" və "Real Madrid"  klubları 31yaşlı türk əsilli yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Almaniya millisinin üzvü mövsümün sonunda "şəhərlilər"dən ayrılacağı gözlənilir. Gündoğanın klubla sözləşməsi 2023-cü ildə başa çatmalıdır.

Qeyd edək ki, İlkay Gündoğan cari mövsüm Mançester təmsilçisində 42 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2016-cı ildən "Mançester Siti"nin uğurları üçün çalışdırdı.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır