7 aprel 2026. Çərşənbə axşamı

Ançelotti İskonun da ayrılacağını təsdiqlədi


  • Transfer
  • 16:59 22.05.2022
  • Oxunma sayı: 99
Ançelotti İskonun da ayrılacağını təsdiqlədi
"Real”ın baş məşqçisi Karlo Ançelotti İskonun mövsümün sonunda komandadan ayrılacağı barədə məlumatlara aydınlıq gətirib. Corner.az xəbər verir ki, italyan mütəxəssis, İspaniya çempionatının 38-ci turunun “Betis”lə oyunundan (0:0) sonra onun Madrid təmsilçisindən gedəcəyini təsdiqləyib:
 
“İskonun “Real”dakı karyerası başa çatıb və məncə bu, əla karyera idi”.
 
İsko 2013-cü ilin iyulunda “kral klubun"da top qovur. O, 2021/22 mövsümündə komandanın heyətində 17 oyunda 2 qol vurub. 30 yaşlı ispaniyalı futbolçunun “Real”la müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir.
 
Xatırladaq ki, İskodan öncə Qaret Beylin də “Real”dan ayrılacağı təsdiqlənmişdi.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi