29 noyabr 2024. Cümə

Mbappe, sən kişi deyilsən!


  • Transfer
  • 17:02 22.05.2022
  • Oxunma sayı: 129
Mbappe, sən kişi deyilsən!
İspaniyalı jurnalist Xose Feliks Dias dünən “Real”a keçməkdən imtina edərək PSJ ilə müqaviləsini uzadaraq hücumçu Kilian Mbappeni sərt tənqid edib. Corner.az xəbər verir ki, jurnalist “Youtube” kanalında 23 yaşlı Mbappe futbolçu haqda bunları deyib:
 
“Mbappe, sən kişi deyilsən! Böyük futbolçu olaraq qalacaqsan, amma kiçik insan olacaqsan. Sən sözünün üstündə durmayan vətən xainisən. Siz təkcə Florentino Peresə (“Real”ın prezidenti) yox, milyonlarla insana xəyanət etdiz. Sən “Real” səninlə əlaqə saxlayanda cavab verməyə cəsarəti çatmayan qorxaq birisən. On gün əvvəl hər şeyin qaydasında olduğunu deyirdin və sonra əlaqəni dayandırdın”.
 
Fransalı futbolçu PSJ ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.
 
O, bu mövsüm Liqa 1-də 34 oyuna çıxıb, 25 qol vurub və 17 məhsuldar ötürmə edib.






Transfer