“Liverpul” klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi “Fulhem”in yarımmüdafiəçisi Fabio Karvalyonu transfer edib.
19 yaşlı futbolçu iyulun 1-dən “Liverpul”a qoşulacaq.
Portuqaliyalı futbolçu bu mövsüm meydana çıxdığı 36 matçda 10 qol vurub, 8 ötürmə edib.