Almaniyanın “Bavariya” klubu rəsmi saytı vasitəsi ilə qapıçı Manuel Noyerlə müqavilənin uzadıldığını açıqlayıb. Corner.az xəbər verir ki, 36 yaşlı qolkiperlə yeni müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Noyer 2011-ci ildən Münhen klubunda çıxış edir. O, 2017-ci ildən komandanın kapitanıdır.
Almaniya millisinin üzvü 2021/22 mövsümündə Almaniya klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib, qapısından 36 top buraxıb.
O, “Bavariya” ilə 10 Almaniya çempionluğu, 5 Almaniya kuboku qazanıb və 6 dəfə Almaniya superkubokunun qalibi olub. Noyer həmçinin, iki dəfə Çempionlar Liqasının, Klublararası dünya çempionatının və Avropa superkubokunun qalibi adını qazanıb.