4 iyul 2026. Şənbə

Borussiya'nın yeni baş məşqçisi açıqlandı


  • Transfer
  • 20:19 23.05.2022
  • Oxunma sayı: 151
Borussiya'nın yeni baş məşqçisi açıqlandı
Almaniyanın “Borussiya” (Dortmund) klubunun yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, sözügedən komandanın ”sükan"ı Edin Terziçə həvalə olunub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
 
Terziç bu postda Marko Rozeni əvəzləyib. Gənc mütəxəssis bunadək "Borussiya"nın texniki direktoru vəzifəsində çalışırdı.
 
Edin Terziç daha əvvəl Türkiyənin "Beşiktaş" və İngiltərənin "Vest Hem" klublarında köməkçi məşqçi işləyib.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır