4 iyul 2026. Şənbə

Barselona Levandovski üçün rəsmi təklif göndərdi


  • Transfer
  • 23:03 23.05.2022
  • Oxunma sayı: 123
Barselona Levandovski üçün rəsmi təklif göndərdi

İspaniyanın "Barselona" klubu "Bavariya"nın futbolçusu Robert Levandovski üçün rəsmi təklif göndərib.

Corner.az "Sky Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi polşalı hücumçuya görə 37 milyon avro ödəməyə hazırdır.

Münhen təmsilçisi hələlik qarşı tərəfə cavab verməyib. 33 yaşlı futbolçunun özü də "Barselona"da çıxış etməkdə maraqlıdır.

Qeyd edək ki, geridə qalan mövsümdə "Bavariya"da 46 oyun keçirən Robert Levandovski 50 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır