29 noyabr 2024. Cümə

İki klub məndən cavab gözləyir


  • Transfer
  • 15:03 24.05.2022
  • Oxunma sayı: 88
İki klub məndən cavab gözləyir

"Danışıqlar davam edir. hazırkı klubum və "Araz-Naxçıvan" məndən cavab gözləyir".

Corner.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin və Rusiyanın "Torpedo" klubunun qapıçısı Rövşən Hüseynli federasiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib. Müsahibəni təqdim edirik:

- Bakıya nə vaxt dönmüsən?

- Mayın 20-də gəlmişəm. Çempionat başa çatıb, ona görə də istirahətə buraxdılar. Müqaviləm isə iyunun 15-nə qədər davam edir.


- Bəs gələcək karyeranla bağlı vəziyyət nə yerdədir?

- Danışıqlar davam edir. “Torpedo”dan başqa “Araz-Naxçıvan” da məndən cavab gözləyir.


- Danışıqların uzanmasının səbəbi nədir?

- Bilirsiniz ki, UEFA Rusiya klublarına sanksiya tətbiq edib və onlar UEFA Çempionlar Liqasında iştirak etməyəcəklər. Eyni zamanda klubun büdcəsi, eləcə də legioner limiti ilə bağlı qərarı gözləyirlər. Bəzi futzalçılarla da müqavilə başa çatır. Bir sözlə, yeni mövsümlə bağlı baş məşqçinin hazırlıq planı, kimlərlə işləmək istəyəcəyi ilə bağlı qərarı gözlənilir. Amma klub rəhbərliyi xidmətimdə maraqlı olduğunu qeyd edib. Ona görə mən də hələ ki, cavab gözləyirəm.


- Özün seçimini etmisən?

- Əlbəttə, “Torpedo”da qalmağı çox istəyirəm. Ora gedəndən sonra komandam 8 oyun keçirdi və 3-də mənim adım olmadı. Çünki qeydiyyatla bağlı problemlər yaranmışdı. Daha sonra məsələ həllini tapdı. Pley-off zamanı oyunların hamısında iştirak etməməyim isə legioner limiti ilə bağlı idi. Bütün bunları nəzərə alsaq, Superliqada sözümü deməmişəm. Təbii ki, bu tək mənim qərarımdan asılı deyil. Bunun üçün klub da qərarını verməlidir. Yəqin ki, yaxın 10-15 gün ərzində bütün suallara aydınlıq gətiriləcək.


- “Torpedo” qarşıya qoyulan məqsədə nail olmadı, demək olarmı?

- Əslində, məqsəd pley-off-a vəsiqə qazanmaq idi ki, komanda əsas mərhələdə ikinci yeri tutmaqla buna nail olmuşdu. Həlledici mərhələdəki rəqibimiz dəfələrlə Rusiya çempionu olub, təcrübəli futzalçılardan qurulumuş komandadır. Heyətimizdə də zədəli futzalçılar var idi. Onların vacib oyunda iştirak etməməsi işimizi çətinləşdirdi.


- Pley-off oyunlarında az oynadın. Səbəbi ancaq limitlə bağlı idi?

- Bu daha çox baş məşqçinin taktiki tapşırıqları ilə əlaqədar idi. Digər qapıçını beşinci oyunçu kimi istifadə edirdi.


- Ümumi hansı fərqləri qeyd edərdin?

- Çempionat həm maraqlı, həm də çətindir. Səfərlər üçün bəzən 13-14 saat yol gedirsən. Oyunların müddəti 50 dəqiqə davam edir. Bundan başqa, çempionatda güclü legionerlə çıxış edir. Təsəvvür edin, “Qazprom” əsas mərhələni 7-ci pillədə başa vursa da, Superliqanın finalına qədər irəliləyib. Yəni sonuncu pillədə yer alan komanda ilk pillədəki istənilən komandanı yenə biləcək gücdədir. Bir sözlə, maraqlıdır.


Qeyd edək ki, Rövşən Hüseynli martda "Torpedo" ilə müqavilə bağlayıb.







Transfer