4 oktyabr 2026. Bazar günü

Namaşko daha 1 il Şamaxı'da!


  • Transfer
  • 17:18 24.05.2022
  • Oxunma sayı: 118
Namaşko daha 1 il Şamaxı'da!

"Şamaxı" klubu qapıçısı Stanislav Namaşko ilə müqavilənin müddətini uzadıb.

Bölgə təmsilçisinin Mətbuat Xidmətindən Corner.az verilən məlumata görə, klubun İdarə Heyəti 35  yaşlı qolkiperin sözləşməsinin daha bir il artırılması barədə qərar verib.

Qeyd edək ki, Moldova millisinin üzvü 2019-cu ildən "Şamaxı"da çıxış edir. Namaşko 2020/2021 mövsümündə Azərbaycan Kubokunun qalibi olub. 

“Şamaxı”da Namaşkodan öncə gənc futbolçu Rəhman Daşdəmirovla yeni müqavilə imzalandığı açıqlanmışdı.






Transfer