6 aprel 2026. Bazar ertəsi

Britaniya hökuməti Çelsi'nin satışına icazə verdi


  • Transfer
  • 10:56 25.05.2022
  • Oxunma sayı: 115
Britaniya hökuməti Çelsi'nin satışına icazə verdi

Britaniya hökuməti rusiyalı iş adamı Roman Abramoviçə "Çelsi" klubunun satışı üçün icazə verib.

Corner.az-ın məlumatına görə, bu barədə rəqəmsal, mədəniyyət, media və idman naziri Nadin Dorris "Tvitter" hesabında yazıb.

O bildirib ki, ötən gecə London təmsilçisinə satış üçün lisenziya verilib: "Klubun uzunmüddətli gələcəyinə yalnız yeni sahibi ilə təminat verilə bilər. Biz satışdan əldə edilən gəlirin Abramoviçə və ya sankiyalar altında olan digər şəxslərə getməyəcəyindən məmnunuq".

Qeyd edək ki, daha əvvəl İngiltərə Premyer Liqası "Çelsi"nin ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrupa satılmasına razılıq verib.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi