4 oktyabr 2026. Bazar günü

Anderlext Vensan Kompani ilə yollarını ayırdı


  • Transfer
  • 21:52 25.05.2022
  • Oxunma sayı: 126
Anderlext Vensan Kompani ilə yollarını ayırdı

Belçikanın "Anderlext" klubunun baş məşqçisi Vensan Kompani istefa verib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssis öz istəyilə vəzifəsini tərk edib.

İddiaya görə, belçikalı çalışdırıcının yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq "Bernli" klubunun sükanı arxasına keçəcək.

Qeyd edək ki, Vensan Kompani 2020-ci ildən "Anderlext"ə başçılıq edirdi.







Transfer