6 aprel 2026. Bazar ertəsi

Kipr klubu Qarabağ'ın legioneri ilə vidalaşdı


  • Transfer
  • 23:49 25.05.2022
  • Oxunma sayı: 212
Kipr klubu Qarabağ'ın legioneri ilə vidalaşdı

Kiprin AEK (Larnaka) komandası "Qarabağ"ın futbolçusu Qaspar Panadero ilə vidalaşıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Larnaka təmsilçisi bu ilin yanvarında icarəyə götürdüyü ispaniyalı yarımmüdafiəçi ilə yollarını ayırıb.

24 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Ağdam təmsilçisinə qayıdacaq.

Qeyd edək ki, "Qarabağ"a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi qış fasiləsinədək cəmi 4 oyunda "köhlən atlar"ın formasını geyinib. O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də "Qəbələ"yə qarşı matçda meydana çıxıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi