4 oktyabr 2026. Bazar günü

Səbail'in yeni baş məşqçisi bəlli oldu


  • Transfer
  • 15:15 26.05.2022
  • Oxunma sayı: 143
Səbail'in yeni baş məşqçisi bəlli oldu

"Səbail" klubunun yeni baş məşqçisi bəlli olub.

Corner.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisinin "sükan"ı "Neftçi-2"ni çalışdıran Mahmud Qurbanova həvalə olunub.

49 yaşlı mütəxəssis "ağ-qaralar"la müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdikdən sonra "dənizçilər"lə müqavilə bağlayacaq.

Qeyd edək ki, Mahmud Qurbanov "Səbail"də 3 gün öncə istefaya göndərilən Aftandil Hacıyevi əvəzləyəcək.







Transfer