- Transfer
- 00:12 29.11.2024
Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərova təzminat ödəyəcək.
Corner.az-ın məlumatına görə, səbəb 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsidir.
Bu halda müqaviləyə əsasən Bursa təmsilçisi Ələskərova müəyyən məbləğdə ödəniş etməlidir. Lakin bunun hansı formada tənzimlənəcəyi tərəflər arasındakı danışıqlardan sonra bəlli olacaq.
Qeyd edək ki, Namik Ələskərov "timsahlar"la ötən ilin yayında 2+1 illik sözləşmə imzalayıb. Bursa təmsilçisi II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, əcnəbi oyunçularla yollar ayrılacaq.