Türkiyə millisinin yarımmüdafiəçisi Oğuzhan Özyakup “Beşiktaş”dan ayrılıb. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu “qara qartal”lardakı 10 illik karyerasını başa vurduğunu sosial şəbəkə hesabında açıqlayıb.
Oğuzhan 2012-ci ildən İstanbul klubunda çıxış edirdi. O, “qara qartallar”ın heyətində meydana çıxdığı 303 matçda 35 qol vurub.