29 noyabr 2024. Cümə

Latsio Sarri ilə bağlı qərarını verdi


  • Transfer
  • 10:34 27.05.2022
  • Oxunma sayı: 92
Latsio Sarri ilə bağlı qərarını verdi

İtaliyanın "Latsio" klubu baş məşqçisi Mauritsio Sarri ilə müqaviləsini uzadıb.

Corner.az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə, yeni sözləşmə 2025-ci ilədək qüvvədə olacaq. Rəsmi açıqlamanın isə tezliklə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Mauritsio Sarri "Latsio"ya 2021-ci ilin iyunundan rəhbərlik edir. 62 yaşlı mütəxəssisin klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununadəkdir. Bu mövsüm Roma təmsilçisi A Seriyasında 38 oyundan 64 xalla 5-ci yeri tutub.







Transfer