Türkiyənin “Başakşəhər” klubu iki futbolçusu ilə vidalaşıb. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Salih Uçan və “Pizzi” ləqəbi ilə tanınan Luis Miguel Afonso Fernandeslə yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
Pizzi bu ilin əvvəlində Portuqaliyanın “Benfika” klubundan icarəyə götürülmüşdü. 32 yaşlı portuqaliyalı futbolçu Türkiyə təmsilçisinin heyətində 10 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Salih Uçan isə qışda “Beşiktaş”dan icarəyə götürülmüşdü. O, bu komandanın heyətində meydana çıxdığı 11 oyunda fərqlənə bilməyib.
Yeri gəlmişkən, “Başakşəhər” heyətini yeni futbolçu ilə də gücləndirib. İstanbul klubu Polşanın “Zaqlembe” klubundan Patrik Şişi transfer edib. 24 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Polşalı futbolçu daha öncə ölkəsində “Qurnik” və “Motor”un da formasını geyinib.