4 iyul 2026. Şənbə

Bundesliqa klubunda yeni müqavilə


  • Transfer
  • 15:27 27.05.2022
  • Oxunma sayı: 152
Bundesliqa klubunda yeni müqavilə
Almaniyanın “Bayer” klubu hücumçusu Patrik Şiklə müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki sözləşmə 2025-ci ilin yayına kimi idi.
 
Şik 2020-ci ilin sentyabrından Leverkuzen təmsilçisinin uğurları üçün çalışır. O, geridə qalan mövsümdə meydana çıxdığı 31 oyunda 24 qol vurub.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır