Frank Kessye İtaliyanın “Milan” klubu ilə vidalaşıb. Corner.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçu sosial şəbəkə hesabında yazıb və hər kəsə təşəkkür edib.
Fil Dişi Sahili yığmasının üzvü “Milan”la müqaviləsinin müddəti iyunun 30-na qədərdir. Kessye azad agent kimi “Barselona” klubuna keçəcəyi gözlənilir.
Kessye 2017-ci ilin yayından “Milan”ın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində keçirdiyi 5 mövsümdə 222 oyuna çıxıb, 38 qolla yadda qalıb.