Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi son olaraq “Mançester Siti”də çıxış edən Ceyden Braffı transfer edib.
Dortmund təmsilçisi 19 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalayıb.
Braff ötən ili icarə əsasında “Udineze”də keçirib.