Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda baş məşqçi postu ilə bağlı yekun qərar verilib. Corner.az xəbər verir ki, Zaqreb təmsilçisi Ante Çaçiçin postunda qalmasına razılıq verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 68 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Bildirək ki, xorvatiyalı mütəxəssis bu ilin 21 aprelindən “Dinamo”nun "sükan"ı arxasına keçmişdi. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi bu komanda Çaçiçin rəhbərliyi altında cəmi 5 matça çıxıb və bunların 4-nü qələbə ilə başa vurub. 1 oyunda da heç-heçə edən Zaqreb klubu yekunda Xorvatiya çempionu olublar.