6 aprel 2026. Bazar ertəsi

İdman direktoru etiraf etdi - Kavani əlçatmazdır


  • Transfer
  • 23:01 28.05.2022
  • Oxunma sayı: 154
İdman direktoru etiraf etdi - Kavani əlçatmazdır

"Salernitana” klubunun idman direktoru Valter Sabatini “Mançester Yunayted”in hücumçusu Edinson Kavaninin mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Corner.az “La Repubblica”-ya istinadən xəbər verir ki, klub rəsmisi, 35 yaşlı futbolçunun transferinin əlçatmaz olduğunu etiraf edib:

“Mən azarkeşlərimizi aldatmaq istəmirəm. Kavaninin maaşı əlçatmazdır. Digər tərəfdən, Frank Riberinin müqaviləsinin avtomatik uzadılması məsələsi var və o, oynamaq istəyir”.

Daha əvvəl Kavaninin “Mançester Yunayted”lə müqaviləni uzatmayacağı bildirilirdi.

Uruqvaylı futbolçu 2020-ci ilin payızında PSJ-dən “Mançester Yunayted”ə keçib. Bu mövsüm o, “qırmızı şeytanlar”la 19 oyuna çıxıb və 2 qol vurub.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi