28 oktyabr 2024. Bazar ertəsi

Marselo'nun Real'dan ayrılacağı dəqiqləşdi


  • Transfer
  • 17:19 29.05.2022
  • Oxunma sayı: 99
Marselo'nun Real'dan ayrılacağı dəqiqləşdi
"Real”ın müdafiəçisi Marselo bu yay komandadan ayrılacaq. Corner.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu özü məlumat verib.
 
34 yaşlı futbolçu Çempionlar Liqasının finalında “Liverpul”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə son matçı olduğunu bildirib: “Bəli, bu, mənim “Real”da son matçım idi”.
 
Xatırladaq ki, braziliyalı oyunçu 2007-ci ildən Madrid təmsilçisində oynayır. Onun klubla müqaviləsinin müddəti bu ilin iyununa qədərdir.
 
“Real”da Marselodan öncə Qaret Beyl və İskonun komandadan ayrılacağı dəqiqləşmişdi.







Transfer