28 oktyabr 2024. Bazar ertəsi

Ralf Ranqnik Mançester Yunayted'dən ayrıldı


  • Transfer
  • 19:39 29.05.2022
  • Oxunma sayı: 111
Ralf Ranqnik Mançester Yunayted'dən ayrıldı
Almaniyalı mütəxəssis Ralf Ranqnik İngiltərənin “Mançester Yunayted”  klubu ilə yollarını ayırıb.  Corner.az xəbər verir ki, Ole Qunnar Sulşerin istefasından sonra müvəqqəti baş məşqçi postuna gətirilən Ranqnik, mövsüm bitən kimi bu postundan ayrılmışdı.
 
62 yaşı mütəxəssis lakin klubda qalıb məsləhətçi kimi fəaliyyətini davam etdirməliydi. Amma təcrübəli çalışdırıcının bu vəzifəsindən də istefa verildiyi bildirilib. Qarşılıqlı razılıq əsasında klubdan ayrılan məşqçinin, tam olaraq Avstriya yığmasındakı köklənmək istədiyi üçün bu addımı atdığı vurğulanıb. "Qırmızı şeytanlar” yaydığı açıqlamada Ranqnikə xidmətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, “Mançester Yunayted”in "sükan"ı bundan sonra “Ayaks”dn ayrılan Erik Ten Haqa tapşırılıb. Ranqnik isə Avstriya yığmasının baş məşqçisi olaraq işinə davam edəcək 






Transfer