28 oktyabr 2024. Bazar ertəsi

Daha 2 il Real'da qalacaq


  • Transfer
  • 14:20 30.05.2022
  • Oxunma sayı: 104
Daha 2 il Real'da qalacaq
“Real”ın yarımmüdafiəçisi Toni Kroos UEFA Çempionlar Liqasının “Liverpul”la (1:0) final oyunundan sonra karyerasını "kral klubun"da davam etdirəcəyini açıqlayıb. Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu daha bir neçə il Madriddə qalmaq istədiyini deyib:
 
“Mən daha iki il “Real”da qalmalıyam”.

Bildirək ki, Kroos 2014-cü ilin iyulundan “Real”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.
 
Alman yarımmüdafiəçi 2021/2022 mövsümündə La Liqada 28 oyunda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib.






Transfer