28 oktyabr 2024. Bazar ertəsi

9 il sonra Real'dan ayrıldı


  • Transfer
  • 01:11 31.05.2022
  • Oxunma sayı: 99
9 il sonra Real'dan ayrıldı
"Real”ın yarımmüdafiəçisi İsko komandadan ayrılıb. Corner.az xəbər verir ki, Madrid təmsilçisi ilə müqaviləsi yenilənməyən  30 yaşlı ispan futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb
 
“Malaqa"da olanda bilirdim ki, getməliyəm. Başqa komanda ilə razılaşdım. Ancaq sonra "Real"dan təklif gəldi və bu komandadan imtina edə bilməzdim. Sevdiklərimə belə dediyimi xatırlayıram: "Lənət olsun, "Real" illərdir Çempionlar Liqasını qazana bilmir". Amma bundan sonra baş verənlərin hamısı tarixdir. 9 il sonra "Real"dan ayrılıram. "Real" mənə uşaqlıqda qurduğum bütün arzuları həyata keçirməyə imkan yaradan klubdur. Təsəvvür etdiyimdən daha çox titul qazanmaqla  yanaşı, o, mənə ən böyük klublarla oynamaq, heyrətamiz insanlarla tanış olmaq şansını verdi. Mən çox yaxşı vaxt keçirdim və bu xatirələri məndən heç kim ala bilməz! Komanda yoldaşlarıma, məşqçilərimə, məşqçi heyətinə, klubun işçilərinə və dəstəyə görə bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Məni ilk gündən səmimi qarşılayan fanatlara minnətdaram. Azarkeşlər bu komandanı dünyanın hər yerində izləyirlər. Əlvida "Real!"
 
Xatırladaq ki, İsko 2013-cü ildən "Real"da çıxış edirdi. O, bu klubun heyətində 19 kubok qazanıb.






Transfer