28 oktyabr 2024. Bazar ertəsi

Ümid edirəm ki, klub rəhbərliyi transferimə mane olmaz


  • Transfer
  • 10:31 31.05.2022
  • Oxunma sayı: 97
Ümid edirəm ki, klub rəhbərliyi transferimə mane olmaz
"Bavariya"nın hücumçusu Robert Levandovski Münhen təmsilçisindən ayrılmaq istədiyini bildirib. Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu, bu qərarını keçirdiyi mətbuat konfransında bəyan edib:
 
“Mənim “Bavariya”dakı dövrüm  bu gündən başa çatdı. Ötən aylarda klubla yaşadıqlarımızdan sonra təkrar bərabər çalışa biləcəyimizi düşünmürəm.Ümid edirəm ki, başqa kluba transferim hər iki tərəf üçün yaxşı seçim olacaq. “Bavariya” ciddi klubdur və inanıram ki, buna haqqı olduğu üçün məni zorla komandada saxlamayacaq, transferimə mane olmayacaqlar”.
 
Xatırladaq ki, polşalı futbolçu Almaniya çempionuna Dortmund “Borussiya”sından transfer olunub. O, Münhen təmsilçisində keçirdiyi 8 mövsümdə 374 matça çıxıb, 344 qol vurub.






Transfer