6 aprel 2026. Bazar ertəsi

PSJ yeni transferini açıqladı


  • Transfer
  • 13:44 31.05.2022
  • Oxunma sayı: 122
PSJ yeni transferini açıqladı

Fransanın PSJ klubu yeni transferini açıqlayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu ötən mövsüm Portuqaliya "Sportinq"indən  7 milyon avroya icarəyə götürdüyü Nunu Mendeşin 40 milyon avroluq birdəfəlik  transfer etmə hüququndan yararlanaraq futbolçunu heyətinə qatıb.

19 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nunu Mendeş bunadək icarə əsasında PSJ-də çıxış edib. O, Portuqaliya millisinin də üzvüdür.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi