28 oktyabr 2024. Bazar ertəsi

BATE-nin sabiq baş məşqçisi Neftçi'ni çalışdıra bilər


  • Transfer
  • 16:11 31.05.2022
  • Oxunma sayı: 101
BATE-nin sabiq baş məşqçisi Neftçi'ni çalışdıra bilər

 "Neftçi"nin sükanı Belarus BATE-si və Rusiya MOİK-inin sabiq baş məşqçisi Viktor Qonçarenkoya tapşırıla bilər.

Corner.az-ın məlumatına görə, bu barədə Vladislav Tatur teleqram kanalında xəbər yayıb.

Xəbərdə, hazırda işsiz olan 45 yaşlı mütəxəssisin tezliklə "flaqmanlar"ın baş məşqçisi təyin olunacağı vurğulanıb. Belaruslu çalışdırıcı bu vəzifədə paytaxt klubu ilə müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcək.

Qeyd edək ki, "Neftçi"də baş məşqçi məsələsinə iyunun 2-də Müşahidə Şurasının iclasında aydınlıq gəlməlidir.







Transfer