6 aprel 2026. Bazar ertəsi

İnter'i Tottenhem'ə dəyişir


  • Transfer
  • 16:30 31.05.2022
  • Oxunma sayı: 121
İnter'i Tottenhem'ə dəyişir
İtaliyanın "İnter"in yarımmüdafiəçi İvan Perişiç karyerasını İngiltərədə davam etdirə bilər. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “Tottenhem”lə müqavilə imzalamağa yaxındır. Artıq xorvat futbolçunun mayın 30-da Londonda tibbi müayinədən keçdiyi vurğulanıb..
 
Daha əvvəl xəbər verilmişdi ki, Perişiç “Tottenhem”lə 2 illik müqavilənin şərtlərini razılaşdırıb.
 
Perişiçin “İnter”lə hazırkı müqaviləsi bu il iyun ayınıda başa çatır.  

Təcrübəli futbolçu 2015-ci ilin avqustundan “İnter”də çıxış edir. O, 2021/22 mövsümündə 48 matçda meydana çıxıb, 9 qol vurub və 9 məhsuldar ötürmə edib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi